...

Avropa ölkəsi Çinə ultimatum verib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 17:37 (UTC +04:00)
Avropa ölkəsi Çinə ultimatum verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ABŞ-dən nümunə götürərək Çin əleyhinə sanksiya xarakterli rüsumlar tətbiq edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron çıxışında bildirib.

Onun sözlərinə görə, Pekinə verilmiş ultimatuma əsasən, Çin Ticarət balansı problemini 2026-cı ilin sonuna qədər həll etməlidir:

"Fransa Çini idxal məhdudiyyətlərində ittiham edib və qarşılıqlı güzəştlər siyasətinə maraq göstərmədiyi təqdirdə, bütün Avropa üzrə koordinasiyalı sərt tədbirlər ilə hədələyib".

Analitiklər hesab edirlər ki, Fransa prezidentinin belə bəyanatları rəsmi Pekinə ictimai təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti