...

Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir

Siyasət Materials 8 Dekabr 2025 17:03 (UTC +04:00)
Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Belarus əməkdaşlığının müqavilə-hüquq bazası 170-dən çox sənədi ehtiva edir.

Trend xəbər verir ki, bunu bu gün Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın gedişində deyib.

“Qanunvericilərin qarşılıqlı fəaliyyəti qanunvericiliyin harmonizasiya olunmasının və artıq 170-dən çox sənəddən ibarət ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsinin əsasını təşkil edir. Dövlət quruculuğunun təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi qarşılıqlı potensialımızı daha da gücləndirir”, – səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Belarus dövlətçiliyinin inkişafı və onların məqsədləri bir-birinə oxşardır.

“Konstitusiyalarımızda xalqın hakimiyyətin yeganə mənbəyi olduğu bəyan edilir, unitar dövlət quruluşu, güclü prezident idarəetmə forması, insanın mənafeyinə xidmət edən sosial-iqtisadi siyasət təsbit olunur”, – deyə D. Pineviç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti