...

Azərbaycan dilinin sosial şəbəkə platformalarına inteqrasiya edilməsi istiqamətində addımlar atılmalıdır – Elçin Mirzəbəyli

Cəmiyyət Materials 8 Dekabr 2025 13:42 (UTC +04:00)
Azərbaycan dilinin sosial şəbəkə platformalarına inteqrasiya edilməsi istiqamətində addımlar atılmalıdır – Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əsas məsələ bizim dilin tətbiqi ilə bağlı sürətdə geri qalmağımızdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Komitə üzvü bildirib ki, hazırda Azərbaycan dilinin normaları daha çox internet resurslarında pozulur:

“Təxminən 15 il bundan əvvəl Azərbaycanın çap mediasında dilin qaydalarının pozulması ilə bağlı müzakirələr aparırdıq. Artıq 15 il bundan öncə internet resurslarında Azərbaycan dilinin normalarının pozulmasının şahidi olurduq. Nəticə etibarilə, biz hadisələrdən hər zaman 15 il geri qalırıq. Necə ki Azərbaycan dilindəki lüğətlər internetə 15 il bundan qabaq inteqrasiya olunmalı idi, lakin hələ indi prosesə hazırlıq istiqamətində addımlar atılır. Olsun, gec deyil, amma bu proses fərqli istiqamətdə inkişaf etsə, daha doğrusu mövcud platformalar əsasında həyata keçirilsə, daha yaxşı olar”.

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan dilinin normalarının ən çox pozulduğu məkanlar sosial şəbəkələrdir.

“Azərbaycan dilinin həmin platformalara inteqrasiya edilməsi istiqamətində addımlar atılmalıdır. Tutaq ki, lüğətlər fərdi qaydada formalaşdırıldı, onlayn lüğətlər yaradıldı. Onların istifadəsi ilə bağlı prosesin bundan sonra sürətləndirilməsi istiqamətində addımların atılması üçün də kifayət qədər zaman lazımdır. Hazırda mövcud olan platformalar var. Dilin həmin platformalara inteqrasiya etməsi yeni nəslin, təkcə Azərbaycanda deyil, ölkədən kənarda yaşayan soydaşlarımızın da öz dilini daha dərindıən öyrənməsinə zəmin yaradacaq”, - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti