...

Azərbaycanda "ARAS Pro"nun tətbiqinə başlanılıb

İqtisadiyyat Materials 8 Dekabr 2025 13:35 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının, "ARAS Pro"nun tətbiqinə başlayıb.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

O vurğulayıb ki, gömrük bəyənnaməsi rəsmiləşməsinin maksimal şəkildə sürətləndirilməsi üzərində işlər görülür:

"Təbii ki, bu, sahibkarların təqdim etdiyi bəyənnamələrin özünün keyfiyyətindən, müvafiq risk amillərindən asılıdır. Biz artıq ARAS-ın yeni versiyasının tətbiqinə başlamışıq. Növbəti illərdə hədəfimiz gömrük bəyənnaməsi rəsmiləşməsi müddətinin maksimum azaldılmasıdır. Əgər biz bu ilin ilk 11 ayını əvvəlki ilin eyni dövrü ilə müqayisə etsək, görürük ki, sərbəst dövriyyə üçün buraxılan bəyənnamələrin hazırda 38%-i, "yaşıl dəhliz" iştirakçılarında isə təqdim olunan bəyənnamələrin 55%-i 3 saatdan az müddətdə rəsmiləşdirilir"

"ARAS sisteminin yeni versiyasını işə saldıqdan sonra yeni rəqəmsal alətlər bizə imkan verəcək ki, gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyənnamələri müəyyən limit çərçivəsi tətbiq etməklə avto-buraxılış sistemə keçirilsin", - sədr müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti