...

İrandan çıxarılan əfqanların sayı 1,8 milyonu keçib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 11:18 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

21 martdan bəri İrandan çıxarılan Əfqanıstan vətəndaşlarının sayı 1,8 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bunu İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayəti valisinin müavini Əmrulla Şəməqdəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, əfqanların bir hissəsi Rəzəvi Xorasan vilayətindən, digər bir hissəsi isə ölkənin 11 vilayətindən çıxarılıb. Əfqanıstan vətəndaşları Rəzəvi Xorasan vilayətində yerləşən Doğarun sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəni tərk ediblər.

Valilik rəsmisi bildirib ki, İran əleyhinə 12 günlük müharibədən sonra ölkədən çıxan əfqanların sayında ciddi artım müşahidə olunurdu. Lakin son aylarda bu tendensiyada bir sabitlik müşahidə olunur və ciddi şəkildə azalma qeydə alınıb.

Şəməqdəri qeyd edib ki, Əfqanıstan vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsinin işçi qüvvəsi çatışmazlığı yaradacağı düşünülsə də, rəsmi statistikalar bu təsəvvürün düzgün olmadığını təsdiqləyir. Əfqanıstan vətəndaşlarının ölkədən çıxışının əmək bazarı, şəhər xidmətləri və s. sektorlarda təsiri 10%-dək olub. Bu isə ciddi dəyişiklik hesab edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti