...

Mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib - Adil Kərimli

Mədəniyyət Materials 8 Dekabr 2025 12:15 (UTC +04:00)
Mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib - Adil Kərimli
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.

Trend xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində mədəniyyət naziri Adil Kərimli deyib.

O qeyd edib ki, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD), UNESCO və digər beynəlxalq qurumların hesabatlarına görə, dünyada ÜDM-nin ən azı 3 faizi mədəni və yaradıcı sənayelərin payına düşür. Cari ildə kreativ sənayenin bir sıra sahələrində 2024-cü ilə nisbətən nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, kino sənayesində 15.13 faiz, oyun sənayesində 8.01 faiz, onlayn platformalarda 22.56 faiz, musiqi, radio və podkast sektorunda 63.47 faiz, kitab, jurnal və qəzet sektorunda isə 6.95 faiz artım müşahidə olunub. Bu səbəbdən, mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”,-deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti