...

50-dən çox tibb müəssisəsi elektron növbə terminalları ilə təmin edilib - TƏBİB

Cəmiyyət Materials 8 Dekabr 2025 10:30 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə terminalı ilə yanaşı növbə tənzimlənməsi də tətbiq olunur.

Trend xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam Dialoq: Media və Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar" mövzusunda təşkil olunan təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı və rayonlarda 50-dən çox tibb müəssisəsi elektron növbə terminalları ilə təmin edilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə terminalı ilə yanaşı növbə tənzimlənməsi də tətbiq olunur. Həkimdən-həkimə olan növbələr tənzimlənir. Bu, tezliklə digər tibb müəssisələrində də tətbiq ediləcək. Yəni, pasientlər bir həkimdən digərinə keçiddə yenidən növbə götürməli olmayacaq".

Xəbər lenti

Xəbər lenti