Bakı. Trend:
Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Akademik bildirib ki, komissiyanın fəaliyyəti aktivləşdirilməlidir:
“AMEA-nın da yaxından iştirakı ilə televiziyalarda Azərbaycan dilinin işlədilməsi yeni formatda yenidən təşkil edilməlidir. Burada ziyalalılarımız, eyni zamanda AMEA elmi əsaslara söykənən platformanı xalqımıza çatdırmalıdır”.
