...

6 yaşlı bir uşaqdan dilə dair hansısa siyasi mövqe gözləmək düzgün deyil – Nazir

Cəmiyyət Materials 8 Dekabr 2025 11:52 (UTC +04:00)
6 yaşlı bir uşaqdan dilə dair hansısa siyasi mövqe gözləmək düzgün deyil – Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çox vaxt müxtəlif ictimai və siyasi şəxslər, fərqli maraqları təmsil edən insanlar məktəblərin və şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 6 yaşlı bir uşaqdan dilə dair hansısa siyasi mövqe gözləmək düzgün yanaşma deyil.

“Biz 6–8 yaşlı uşaqlarda dilə sevgi formalaşdırmaq istəyiriksə, ilk növbədə onlarda sağlam dil bacarıqları yaratmalıyıq. Çünki bu, daha çox pedaqoji prosesdir, siyasi və ya ictimai proses deyil. Geniş siyasi çıxışlarla və ya ictimai çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa təşviq etmək mümkün deyil. Bunun üçün müəllim, düzgün metodika və peşəkar mütəxəssislərə ehtiyac var”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti