Bakı. Trend:
“Asian Water Development Outlook 2025” (Asiya Su Ehtiyatlarının İnkişafı Proqnozu 2025 /AWDO 2025) hesabatına əsasən, çaylara plastik tullantıların ən az atıldığı ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Sinqapur, Palau, Yeni Zelandiya, Mikroneziya Federativ Dövlətləri və Avstraliya yer alıb.
Trend xəbər verir ki, bu barədə “Asian Water Development Outlook 2025” hesabat yayıb.
“AWDO 2025-in yeni göstəricisi çaylara atılan plastik kütləsini illik tonlarla ölçür və 32 iştirakçı ölkəyə dair məlumatları əhatə edir. Plastik tullantıların az olduğu iqtisadiyyatlar, o cümlədən Azərbaycan, ekoloji su təhlükəsizliyi (KD4) üzrə orta və yüksək göstəricilər nümayiş etdirir ki, bu da ətraf mühitin səmərəli idarə olunmasının və su hövzələrinin əlverişli şəraitinin plastik tullantıların çaylara və sahil sularına düşməsinin qarşısını almaqda əhəmiyyətini göstərir”, – məlumatda qeyd olunur.
Eyni zamanda vurğulanır ki, plastik tullantıların ən çox olduğu ölkələr – Çin, İndoneziya, Malayziya, Myanma, Filippin , Taypey və Vyetnam – bu göstərici üzrə ən aşağı qiymət alıb ki, bu da artıq ekoloji təzyiq altında olan su sistemlərinə əlavə yük yaratması baxımından narahatlıq doğurur.
