...

Ukraynanın silah alışı üçün 15 milyard dollara ehtiyac var - Zelenski

Dünya xəbərləri Materials 9 Dekabr 2025 01:10 (UTC +04:00)
Ukraynanın silah alışı üçün 15 milyard dollara ehtiyac var - Zelenski

Bakı. Trend:

Ukrayna 2026-cı ildə silah tədarükünü təmin etmək üçün PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15 milyard dollara ehtiyac duyur.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"PURL proqramı üçün 15 milyard dollar tələb olunur. Bu il 1,5 milyard dollar çatışmırdı, lakin Hollandiya bu gün 700 milyon dollar ayırdı. Hazırda isə hələ 800 milyon dollar çatışır", – Zelenski vurğulayıb.

Qeyd olunur ki, PURL təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəli sürülüb. Bu mexanizm NATO müttəfiqlərinə Ukrayna üçün ABŞ ehtiyatlarından silah əldə etməyə imkan yaradır.

Xəbər lenti

Xəbər lenti