Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Banqladeş səfəri çərçivəsində ölkənin Baş müşaviri, Nobel mükafatı laureatı Professor Məhəmməd Yunusla görüşüb.
Trend xəbər verir ki, görüşdə tərəflər arasında mövcud əməkdaşlıq, birgə təşəbbüslər və gələcək planlar müzakirə olunub.
Mərkəz Professor Yunusla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir və qarşıdakı dövrdə əməkdaşlığın genişlənməsini önəmli hesab edir.
Həmçinin Banqladeşdə aparılan sosial-iqtisadi islahatlar və onların dayanıqlı inkişaf üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Mərkəz bu prosesləri dəstəklədiyini və gələcək əməkdaşlığa açıq olduğunu ifadə edib.
