Bakı. Trend:
Azərbaycan iqtisadiyyatının qarşısında ən mühüm çağırışlardan biri iqtisadi şaxələnmədir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində deyib.
"Bu istiqamətdə əldə olunan nəticələr artıq əyani olaraq görünür. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Son 6 ildə qeyri-neft ixracı, demək olar ki, 2 dəfə artmışdır ki, bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir", - o bildirib.
