...

Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbiri keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 8 Dekabr 2025 09:23 (UTC +04:00)
Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbiri keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında "bp" şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2025” keçirilib.

Trend xəbər verir ki, forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bp şirkətinin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan “Gömrük rəsmiləşdirilməsi Platformasının (GRP) yeni rəqəmsal həlləri”, “Rəqəmsal əməkdaşlıq platforması” layihələrinin təqdimatı keçirilib.

Forumda, həmçinin xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyəti dövlət orqanlarının birgə həyata keçirdiyi yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, “Xarici ticarətin təşviqi-gömrük prosedurları”, “Tranzit və logistika-gömrük əməliyyatları” mövzularında sahəvi müzakirələr keçirilib.

Yekunda keçirilən Açıq qapı çərçivəsində forum iştirakçıları Dövlət Gömrük Komitəsinin rəqəmsallaşma sahəsindəki fəaliyyəti, monitorinq imkanları və Gömrük Tarixi Muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti