...

Azərbaycan-ABŞ dəniz mühəndisliyi sahəsində layihələri müzakirə ediblər

Gündəm Materials 8 Dekabr 2025 17:23 (UTC +04:00)
Azərbaycan-ABŞ dəniz mühəndisliyi sahəsində layihələri müzakirə ediblər
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası ötən həftə dəniz daşımaları və mühəndislik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin "X" platformasındakı paylaşımında qeyd olunub.

"Ötən həftə ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai Diplomatiya Şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi ilə görüşərək dəniz daşımacılığı və mühəndislik sahəsində ABŞ təcrübəsinin Fulbright proqramları, American Spaces guşələri, ingilis dili təlimləri və ABŞ universitetləri ilə əməkdaşlıq vasitəsilə paylaşılması, həmçinin bunun ikitərəfli münasibətlərin inkişafına töhfə verməsi mövzusunda müzakirələr aparıb", - paylaşımda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti