...

Bakı metrosunun 10 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

İqtisadiyyat Materials 8 Dekabr 2025 14:42 (UTC +04:00)
Bakı metrosunun 10 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar-oktyabr aylarında aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 91 milyon 765,7 manat gəlir əldə edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, 9 ay ərzində isə bu rəqəm 78 milyon 871 min manat təşkil edib.

Qeyd edək ki, "Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti