...

Konstitusiya hər bir xalq üçün çox vacib sənəddir - Tacikistan səfiri

Cəmiyyət Materials 8 Dekabr 2025 17:07 (UTC +04:00)
Konstitusiya hər bir xalq üçün çox vacib sənəddir - Tacikistan səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya ölkənin suverenliyi və müstəqilliyinin rəmzidir.

Trend xəbər verir ki, bunu bu gün Tacikistanın Azərbaycandakı səfiri İlhom Barotzodza Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın gedişində deyib.

“Konstitusiya hər bir xalq üçün son dərəcə mühüm sənəddir. O, dövlətin əsas və ali qanunu olaraq cəmiyyətin həyatının fundamental prinsiplərini müəyyənləşdirir və vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Konstitusiya ölkənin suverenliyinin və müstəqilliyinin rəmzidir. O, dövlət müstəqilliyini, ərazi bütövlüyünü təsbit edir və vətəndaşların azadlıqlarını müəyyən edir”, – səfir qeyd edib.

Səfir Azərbaycanı Konstitusiyanın 30 illiyi və parlamentin 107 illiyi münasibətilə təbrik edib.

“Qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik və qeyd etmək istəyirəm ki, bu gün təşkil edilən tədbir mühüm bir hadisədir”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti