Bakı. Trend:
SOCAR-da diqqətədəyər hadisələr baş verir. Xüsusilə, SOCAR Karbamid zavodunda "Digital Lighthouse" hədəfi çərçivəsində görülən işləri vurğulamaq istərdim.
Trend xəbər verir ki, bunu bu gün energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla yanaşı, eyni zamanda kiberhücumlara məruz qalma riskini də artırır:
“Effektivliklə yanaşı, kiberhücumlara məruz qalma məsələsi də gündəmə gəlir. Buna görə də SOCAR-da bu istiqamətdə Mərkəzləşdirilmiş Təhlükəsizlik Əməliyyatları Sistemi qurulmaqdadır”.
