...

İcbari tibbi sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb

Cəmiyyət Materials 8 Dekabr 2025 10:43 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ölkə əhalisinin 53 faizi icbari tibbi sığortadan yararlanıb.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Sağlam Dialoq: Media və Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar" mövzusunda təşkil olunan təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il ölkə əhalisinin 53 faizi icbari tibbi sığortadan yararlanıb:

"2025-ci ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrində 347304 sayda əməliyyat və prosedur icra edilib.
Dövlət tibb müəssisələrində il ərzində ən çox uroloji əməliyyatlar, təbii doğuş və keysəriyyə əməliyyatları icra olunub.

Özəl tibb müəssisələri də isə İnvaziv radioloji əməliyyatlar, oftalmoloji əməliyyatlar, ürək damar-cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə əməliyyatları icra edilib.

Bu ilin 10 ayı ərzində icbari tibbi sığortadan istifadə etmək üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti