Bakı. Trend:
"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu çərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçilər Kaan Aynah və Vilfred Sinqo, yarımmüdafiəçi Mario Lemina zədəlidir. Digər müdafiəçi Arda Ünyay isə cəzalı durumdadır. Bu oyunçular komanda ilə birlikdə səfərə aparılmayacaq.
Qeyd edək ki, "Monako" - "Qalatasaray" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.