...

Nazir Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib

Siyasət Materials 8 Dekabr 2025 14:17 (UTC +04:00)
Nazir Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ-dan Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkəmiz dəvəti alan ilk ölkələrdən biri olub.

"Lakin bizi maraqlandıran məsələlərlə bağlı sorğular göndərmişik. Suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur”, - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti