...

Son illərdə öz peşəsinə uyğun olmadığı üçün 8 minədək müəllim işdən çıxarılıb – Nazir

Cəmiyyət Materials 8 Dekabr 2025 11:59 (UTC +04:00)
Son illərdə öz peşəsinə uyğun olmadığı üçün 8 minədək müəllim işdən çıxarılıb – Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ərzində şəffaflaşdırma prosesinin nəticəsi olaraq, biz təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən etmiş və onlarla bağlanmış müqavilələrə xitam vermişik.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu müəllimlərin təxminən 4 500-5000 nəfəri ibtidai sinif müəllimləri, təxminən 1000 nəfəri isə Azərbaycan dili müəllimləri idi.

“Müəllimin səriştəli olması minimal və zəruri şərtdir. Xüsusilə ibtidai təhsildə bu məsələ daha da önəmlidir. Fənnin adı “ibtidai təhsil”, müəllimin vəzifəsi “ibtidai təhsil üzrə müəllim” adlansa da, faktiki olaraq Azərbaycan dili fənninin tədrisinə də məhz həmin müəllim cavabdehdir. Bu mərhələdə qoyulan təməldən çox şey asılıdır. Əgər həmin təməl düzgün qurulmasa, növbəti mərhələlərdə şagirdlərin müvafiq bacarıqlarının inkişafında ciddi çətinliklər yaranır. Dilin tədrisi məsələsi bizim üçün ən ağır və ən vacib istiqamətlərdən biridir. Mən ümumi dil məsələsini yox, məhz dilin tədrisi ilə bağlı problemi nəzərdə tuturam”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti