...

ADY bayram günlərində bu rayonlar üzrə əlavə qatar reysləri təşkil edəcək (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2025 14:37 (UTC +04:00)
ADY bayram günlərində bu rayonlar üzrə əlavə qatar reysləri təşkil edəcək (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ADY Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı

- 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı

- 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı

- 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti