...

Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir

Cəmiyyət Materials 8 Dekabr 2025 11:00 (UTC +04:00)
Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilir.

Trend-in məlumatına görə, Konfransda Milli Məclisin sədri, komitə sədrləri və deputatları, AMEA-nın prezidenti, elm və təhsil naziri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirdə aşağıdakı məsələlərin müzakirəsi gözlənilir:

  • Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında irəli sürülən çağırışlar və qarşıda duran vəzifələr;
  • Ana dilinin qorunması – milli kimliyin qorumasının əsasıdır;
  • Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi;
  • AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi: normativ baza və akademik töhfələr;
  • Azərbaycan ədəbi dilinin vahid norması;
  • Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə;
  • Azərbaycan toponimlərinin qorunması: coğrafi adlarda milli identiklik və dilin təhlükəsizliyi.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti