...

Növbəti illərdə illik 200–250-dək yeni dil və ədəbiyyat müəlliminə ehtiyac olacaq – Nazir

Cəmiyyət Materials 8 Dekabr 2025 12:08 (UTC +04:00)
Növbəti illərdə illik 200–250-dək yeni dil və ədəbiyyat müəlliminə ehtiyac olacaq – Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə dil müəllimliyi ixtisasına qəbul olan şagirdlərin keçid ballarında əhəmiyyətli artım müşahidə olunur.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son 4 ildə orta ballar 410-dan 490-a yüksəlib:

“Son il ərzində isə 411 nəfər 500-dən çox bal toplayaraq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçib. Bu, gələcək üçün böyük ümid verir, çünki növbəti illərdə illik təxminən 200–250 yeni Azərbaycan dili və ədəbiyyat müəlliminə ehtiyac olacaq. Eyni zamanda, müəllim sayı azaldılaraq keyfiyyətin artırılmasına diqqət yetirilir” - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti