Bakı. Trend:
Ekvadorun El Oro əyalətində yerləşən cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi toqquşma baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, qanlı iğtişaşlarda azı 9 nəfər həyatını itirib. Cəzaçəkən məhbusların ailə üzvləri onların sağ-salamat olub-olmaması ilə bağlı məlumat almaq üçün həbsxananın qarşısına axın edib.
Qeyd edək ki, El-Oro əyalitinin həbsxanasında bundan əvvəl noyabrın 10-da da məhbuslar arasında kütləvi qarşıdurma baş vermişdi. Həmin vaxt 31 nəfər həlak olmuşdu.
