...

Fransa millisinin müdafiəçisi "Liverpul"un hədəfindədir

İdman Materials 8 Dekabr 2025 22:39 (UTC +04:00)
Fransa millisinin müdafiəçisi "Liverpul"un hədəfindədir

Bakı. Trend:

"Renn"in müdafiəçisi Ceremi Jake karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder "Saşa Tavolyeri" məlumat yayıb.

İngiltərə klubu Jakeni mövsümün sonunda müqaviləsi başa çatan İbrahima Konatenin əvəzləyicisi kimi düşünür. "Qırmızılar" 20 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Ceremi Jake "Renn"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti