...

Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq

Siyasət Materials 8 Dekabr 2025 14:09 (UTC +04:00)
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisinə gələn ildə başlanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran sözügedən dəmir yolunun tikintisi ilə əlaqədar Azərbaycan və Rusiya ilə yaxından əməkdaşlıq edir.

Əraqçi bildirib ki, hazırda tikintiyə başlamaq üçün hazırlıq işləri aparılır. Artıq işlərin 50%-i tamamlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti