Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "TBC Bank" qrupuna daxil olan lizinq şirkəti “JSC TBC Leasing” in (TBCL) emitentin uzunmüddətli defolt reytinqi (IDR) üzrə proqnozunu “mənfi”dən “stabil”ə yüksəldib və reytinqi BB səviyyəsində təsdiqləyib.
Trend bu barədə “Fitch Ratings”ə istinadən xəbər verir.
Məlumata əsasən, səhmdar dəstəyi reytinqi (SSR) də BB səviyyəsində təsdiq olunub.
“ “Fitch”in proqnozuna görə, "TBC Bank"ın "TBCL"ə dəstək göstərmək niyyəti yüksəkdir. Bu da bankın şirkətin tam sahibi olması, vahid brend strategiyası, inteqrasiya səviyyəsi, kapitalla və likvidliklə bağlı əvvəlki dəstək praktikasına və törəmə şirkətin defoltu halında yaranacaq yüksək reputasiya risklərinə əsaslanır. "TBC Bank" üçün potensial dəstəyin idarəolunan olması da qeyd olunur, çünki "TBCL"in miqyası nisbətən kiçikdir:
""TBC Bank"ın kapitalı və xalis mənfəətinin 2 faizindən azı "TBCL"in payına düşür. "TBCL"in IDR reytinqi üzrə stabil proqnoz da ana bank üzrə analoji proqnozu əks etdirir”, – məlumatda bildirilir.
“Fitch Ratings” qeyd edir ki, "TBCL"ə dəstəyin dayandırılması "TBC Bank"ın əsas kreditorları arasında ciddi reputasiya zərəri yarada bilər və bu da bankın biznes modelini və artım potensialını zəiflədə bilər.
“"TBCL"in xarici kreditorları böyük ölçüdə beynəlxalq maliyyə qurumları (IFIs) və "TBC Bank"ın özünün əhəmiyyətli həcmdə topdan maliyyələşmə cəlb etdiyi investorlarla üst-üstə düşür.
