...

Xüsusi icra məmurunun standart haqq üzrə avansının məbləği təsdiqlənib

Cəmiyyət Materials 8 Dekabr 2025 17:05 (UTC +04:00)
Xüsusi icra məmurunun standart haqq üzrə avansının məbləği təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi icra məmurunun standart haqq üzrə avansının məbləği təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qərar və xüsusi icra məmurlarının standart haqqı üzrə avansın məbləğini müəyyən eəcək.

İcra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.

Standart haqq üzrə avansın məbləği aşağıdakı qaydada hesablanacaq:

  • pul tələbinə dair icra sənədlərində standart haqqın sabit hissəsinin 20 faizi məbləğində, lakin 5.000 manatdan çox olmayaraq;
  • vaxtaşırı ödəmələrə dair icra sənədlərində ilkin ödənilməli məbləğ üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi, icra sənədi icraya yönəldilərkən borc yaranmışdırsa, həmin borc məbləği üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi məbləğində;
  • digər icra sənədlərində standart haqqın sabit hissəsinin 50 faizi məbləğində.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti