...

Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcəklər - Şahmar Mövsümov

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2025 10:17 (UTC +04:00)
Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcəklər - Şahmar Mövsümov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcəklər.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə deyib.

O, gömrük islahatları çərçivəsində bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı "Etibarlı Tərəfdaş" konsepsiyasından danışıb:

"Konsepsiya gömrük-biznes əməkdaşlığında idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət təchizat zəncirlərinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Sənəd sahibkarlıq subyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrinin artırılmasını və gömrük xidmətlərinin modernləşməsini təmin edəcək. Konsepsiya çərçivəsində biznes subyektlərinə daha çevik ixrac mexanizmləri təqdim olunur, "Made in Azerbaijan" brendinin beynəlxalq ticarət platformalarında təşviqi dəstəklənir və milli daşıyıcılar qlobal şirkətlər üçün etibarlı müraciət subyektlərinə çevrilirlər".

"Etibarlı Tərəfdaşlıq" modeli normativ-hüquqi aktların tələblərinə riayət edən, dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən iqtisadi subyektlər üçün tətbiq olunur. Bu, biznesin etimadını gücləndirir, özünüqiymətləndirmə institutunun inkişafına təkan verir. Konsepsiya çərçivəsində etibarlı tərəfdaşlara gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, mütəxəssislərin formalaşdırılması və maarifləndirmə tədbirləri təmin ediləcək. Bu konsepsiyanın tətbiqi Azərbaycanın biznesinin rəqabət qabiliyyətini yüksəldəcək, ixrac imkanlarını genişləndirəcək və ölkəmizi beynəlxalq ticarət zəncirində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək", - Şahmar Mövsümov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti