...

Azərbaycandakı aqroparklara indiyədək 2,4 milyard manat investisiya qoyulub

İqtisadiyyat Materials 8 Dekabr 2025 11:50 (UTC +04:00)
Azərbaycandakı aqroparklara indiyədək 2,4 milyard manat investisiya qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaradılmış 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb.

Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

"Aqroparklar cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir. Yaradılmış 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb. Müxtəlif dəstək alətlərinin, dövlət dəstəyinin həcmi 690 milyon manat olub. Bir növ xarici ticarətin artımında güzəştlər, dəstək mexanizmləri öz müsbət təsirini göstərib", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti