...

Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi MDB PA üçün böyük maraq kəsb edir - İvan Muşket

Cəmiyyət Materials 8 Dekabr 2025 14:18 (UTC +04:00)
Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi MDB PA üçün böyük maraq kəsb edir - İvan Muşket
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası üçün böyük maraq kəsb edir.

Trend xəbər verir ki, bu barədə MDB PA Şurasının katibliyinin rəhbərinin müavini İvan Muşketin Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransda oxunan məktubunda qeyd olunub.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına uyğun yaradılmış ali qanunverici orqan – Milli Məclis dövlətin həyatında mühüm rol oynayır. Məhz onun fəaliyyəti sayəsində demokratik dəyərlərə və hüquqi dövlət prinsiplərinə əsaslanan milli parlamentarizmin inkişafı üçün hüquqi baza formalaşdırılmışdır.

“MDB iştirakçı dövlətlərinin Parlament Assambleyası üçün Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi böyük maraq doğurur. Bu, hər kəs üçün inandırıcı nümunədir ki, möhkəm konstitusional təməlin olması sabitliyin, suverenliyin və rifahın zəmanətidir”, – məlumatda bildirilib.

Muşket qeyd edib ki, bugünkü konfrans çərçivəsində aparılan fikir mübadiləsi və ekspert qiymətləndirmələri Azərbaycanın suverenliyinin daha da möhkəmlənməsinə xidmət edəcək və MDB məkanında parlamentlərarası əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti