...

Azərbaycan konstitusiyası müstəqil dövlətin inkişafı üçün mühüm zəmin olub - Dmitriy Kobitski

Siyasət Materials 8 Dekabr 2025 16:22 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil dövlətin ardıcıl siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün mühüm zəmin olub.

Trend xəbər verir ki, bu barədə bu gün MDB Parlamentlərarası Şurasının Katibliyinin rəhbəri – baş katibi Dmitriy Kobitskinin salamlama müraciətində deyilir.

Yazılı müraciət Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransda MDB PA Şurası baş katibinin müavini Aydın Cəfərov tərəfindən oxunub.

“Tədbiri haqlı olaraq Birlik ölkələrinin nümayəndələri arasında səmərəli müzakirə və keyfiyyətli fikir mübadiləsi üçün çoxtərəfli platforma adlandırmaq olar. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ardıcıl siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün mühüm zəmin olub”, – təbrik müraciətində deyilir.

D. Kobitski konstitusiyanın 30 illiyi ilə Heydər Əliyevin şəxsiyyəti arasında ayrılmaz bağlılığın olduğunu vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Respublikasının Milli Məclisinin fəaliyyəti ölkədə hüquqi sistemin formalaşdırılmasına və demokratik inkişafına, həmçinin MDB regionunda və onun hüdudlarından kənarda beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti