...

Uşağın oxuma və yazma bacarıqlarını daha tez inkişaf etdirməklə bağlı araşdırmalar yetərli deyil - Emin Əmrullayev

Cəmiyyət Materials 8 Dekabr 2025 12:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Öyrənmə keyfiyyətini tədqiq edən elmi araşdırmalar ölkəmizdə hələ kifayət qədər inkişaf etməyib.

Trend xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, dilin öyrənilməsi ilə bağlı ümumi tədqiqatlar olsa da, praktiki fayda verən araşdırmalar məhduddur.

“Bizə əsas fayda, məsələn, 7–8 yaşlı və ya 11 yaşlı uşaqlara dili necə daha səmərəli öyrətmək mümkünlüyü barədə konkret nəticələr verən tədqiqatlardan gəlir. Bu sahədə, yəni uşağın oxuma və yazma bacarıqlarını necə daha tez inkişaf etdirmək sualına cavab verən sistemli araşdırmalar hələ də yetərli deyil”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti