Bakı. Trend:
Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri təxminən 1,6 milyon qeyri-qanuni miqrant ABŞ-ni tərk edib.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem açıqlama verib.
Onun sözlərinə görə, 200 gündən az bir müddətdə qeyri-qanuni miqrantların bu miqdarda ölkədən çıxması böyük göstəricidir.
Noem həmçinin vurğulayıb ki, bu proses ABŞ-da təhsil və səhiyyə müəssisələrinə düşən yükü azaldıb, vətəndaşlar üçün iş imkanlarını qoruyub saxlayıb və küçələrin daha təhlükəsiz olmasına töhfə verib.