...

"Xiaomi" böyük batareyaya malik Redmi smartfonunu təqdim edib

Dünya xəbərləri Materials 16 Avqust 2025 02:47 (UTC +04:00)

Bakı. Trend:

"Xiaomi" şirkəti böyük batareyalı Redmi 15 5G smartfonunun qlobal versiyasını təqdim edib.

Trend-in məlumatına görə, bu barədə "NotebookCheck" portalı xəbər verib.

Smartfon Full HD+ təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinə malik 6,9 düymlük IPS displey, 5G dəstəyi ilə Qualcomm Snapdragon 6s Gen 3 çipi, 4-8 GB LPDDR4x operativ yaddaş və 128 və ya 256 GB UFS 2.2 daxili yaddaşı əldə edib.

Redmi 15 5G-nin beynəlxalq bazarda əsas məqamı onun 33 Vt sürətli şarj dəstəyi ilə 7000 mAh batareyası olacaq. Digər parametrlər arasında 50 MP təsvir ölçülü əsas kameranın və 8 MP ön kameranın olması, IP64 standartına uyğun olaraq korpusun nəm və tozdan qorunması qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti