Bakı. Trend:
Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA tərəfindən yeni təyinat alıblar.
Trend-in məlumatına görə, hər iki hakim Konfrans Liqasının pley-off mərhələsində oyunlara rəhbərlik edəcək.
Əliyar Ağayev Slovakiyada baş tutacaq “Polesye” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim isə Kamal Umudlu olacaq.
Elçin Məsiyev isə Sloveniyada keçiriləcək “Selye” – “Banik Ostrava” (Çexiya) qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq.
Hər iki oyun avqustun 21-də oynanılacaq.