...

Ağdərənin Vəngli və Kolatağ kəndlərinə 172 nəfər qayıtdı (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2025 14:43 (UTC +04:00)
Ağdərənin Vəngli və Kolatağ kəndlərinə 172 nəfər qayıtdı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Avqustun 15-də Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə ilk köç oldu. Bu torpaqlar illər sonra doğma sakinlərini qarşıladı.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə Kolatağ kəndinə 26 ailə – 89 nəfər, Vəngli kəndinə isə 22 ailə – 83 nəfər köçürüldü.

Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb.

T. Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet istiqamətlərindən biridir və bu bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir.

“Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir", - T. Kərimli kəndlərdə içməli su, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğunu da deyib.

Bundan başqa, küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib. ANAMA mütəxəssisləri də sakinlərin təhlükəsiz yaşamaları üçün şəraitin yaradıldığını deyib, sakinləri xəbərdar da etdilər.Tanımadıqları əşya görərkən əl vurulmasın, çay sularının gətirə biləcəyi minalardan da ehtiyatlı olsunlar. Doğma kəndlərinə qayıdan sakinlər də bu gün sevinclərini bölüşərək, bu günləri onlara yaşadanlara minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti