...

Azərbaycanda çoxuşaqlı olduğu üçün müavinət alan qadınların sayı açıqlandı

Cəmiyyət Materials 15 Avqust 2025 15:59 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı olduğu üçün müavinət alan qadınların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkə üzrə beşdən çox uşağı olan 2 861 qadın ümumilikdə 12 791 uşağa görə sosial müavinət alır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayında beşdən çox uşağı olan 243 qadına ümumilikdə 1 429 uşağa görə müavinət təyin olunub.

"Hazırda hər uşağa görə təyin olunan müavinətin məbləği 140 manat təşkil edir", - məlumata əlavə edilib.

Qeyd edək ki, 2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti