Bakı. Trend:
Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.
Dövr ərzində sementin istehsalı 3,2 faiz, betonun istehsalı 6,3 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 11,7 faiz, asfaltın istehsalı 29 faiz, əhəngin istehsalı isə 32,4 faiz azalıb.