Bakı. Trend:
Birinci yarımildə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib ki, onun da 73,1 faizi əhali tərəfindən istehlak olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.
Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.