Bakı. Trend:
Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 705,5 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 10,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12 faiz azalma müşahidə olunub.
2025-сi ilin yanvar-iyul aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 12,8 faiz, polad tökmə istehsalı 21,8 faiz, mis məftil istehsalı 89,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 32,1 faiz azalıb.