Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29,246 milyard kubmetr əmtəəlik qaz istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 211,1 milyon kub metr və ya 0,7% azdır.
Dövr ərzində təbii qaz hasilatının 22,5 milyard kub metrini əmtəəlik qaz təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 40,1 min kubmetr və ya 0,2% çoxdur.
Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz azalıb.