Bakı. Trend:
Azərbaycanın emal sənayesində 2025-ci ilin yanvar-iyul aylarında 11,7 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 10,6 faiz, tütün məmulatlarının istehsalında isə 8,1 faiz artım, içki istehsalında isə 1,2 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,6 dəfə, şəkər, qənd istehsalı 25,9 faiz artmış, araq istehsalı 2,8 faiz, meyvə-tərəvəz konservləri isə 0,6 faiz azalıb.