Bakı. Trend:
Bakıda Ağsu sakini yolu keçən piyadanı avtomobillə vurub öldürdü.
Trend-in əldə etdiyi məlumata görə, 14.08.2025-ci il tarixdə Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən "Su İdman Sarayı"nın qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi Hyundai markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub, sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.