...

İran BAEA-ya nüvə obyektlərinin yoxlanması üçün şərt irəli sürüb

Dünya xəbərləri Materials 15 Avqust 2025 04:01 (UTC +04:00)
İran BAEA-ya nüvə obyektlərinin yoxlanması üçün şərt irəli sürüb

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ hücumu nəticəsində zədələnmiş nüvə obyektlərinin yoxlanmasına icazə verilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehrana bu prosesin dəqiq necə aparılacağını izah etməlidir.

Trend-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, Araqçi qeyd edib ki, müharibədən sonra İranla BAEA arasındakı münasibətlərdə müəyyən dəyişikliklər baş verib və ölkənin nüvə obyektləri hücuma məruz qalaraq zədələnib.

“Agentlik həmin obyektləri hansı qaydada yoxlayacağını açıqlamalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu obyektlərin təftişinə icazə verməzdən əvvəl BAEA ilə əməkdaşlıq üçün yeni çərçivə müəyyənləşdirilməlidir”, – deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti