...

Berlində iki avtobus qəzaya uğrayıb - Yaralılar var

Dünya xəbərləri Materials 15 Avqust 2025 19:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlin şəhərində avtobusların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib.

Trend “Tagesspiegel” qəzetinə istinadən xəbər verir ki, qəzalar zamanı 12 nəfər xəsarət alıb.

Belə ki, Şarlottenburq bölgəsində avtobusla minik avtomobili toqquşub. Nəticədə avtobusun sürücüsü və 3 sərnişin yaralanıb.

Şpandau bölgəsində isə minik avtomobili ilə toqquşmaqdan yayınan avtobus sürücüsü qəza törədib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Hadisələrlə əlaqədar araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti