...

Böyük Britaniyanın ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb

Dünya xəbərləri Materials 15 Avqust 2025 05:23 (UTC +04:00)
Böyük Britaniyanın ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb

Bakı. Trend:

ABŞ-ın tətbiq etdiyi yüksək tariflərdən sonra Böyük Britaniyanın ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb.

Trend “Independent”ə istinadla xəbər verir ki, bu ilin iyun ayınadək olan üç aylıq dövrdə ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalıb və satışlar 2 milyard funt sterlinq aşağı olub.

Genişmiqyaslı tariflər nəticəsində Böyük Britaniyanın əksər sektorlarında, qida və içki məhsullarından tutmuş kimyəvi maddələrə qədər ABŞ-a ixrac edilən mallara əlavə 10 faiz rüsum tətbiq olunub. Bununla yanaşı, polad və alüminium ixracına hələ də 25 faiz gömrük vergisi qüvvədə qalır.

Britaniya Ticarət Palatasının (BCC) açıqlamasına görə, iyuna qədərki üç ayda yol-nəqliyyat vasitələrinin ixracı 29 faiz, kimyəvi məhsulların ixracı isə 24 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti