...

İmişlidə həmkəndlisini öldürənə hökm oxundu

Hadisə Materials 15 Avqust 2025 18:48 (UTC +04:00)
İmişlidə həmkəndlisini öldürənə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fərid Allahverdiyev 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin yanvar ayında İmişlidə olub. Fərid Allahverdiyev şəxsi münasibətlər zəminində bıçaqla Vüsal Allahverdiyevin boyun nahiyəsinə bıçaqla zərbə endirib. Vüsal Allahverdiyev xəstəxanada vəfat edib.

Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti